İstifadə edilmədikdə belə enerji "yeyən"  3 CİHAZ
13 iyun 2024 15:39 (UTC +04:00)

İstifadə edilmədikdə belə enerji "yeyən" 3 CİHAZ

Elə cihazlar var ki, onlar istifadə edilməsə belə, elektrik enerjisi sərf edir. 

Lent.az xəbər verir ki, bu zaman problem olduqca sadə şəkildə həll edilə bilər. Belə hallarda sadəcə OFF düyməsini basmaq kifayət deyil, həm də elektrik çəngəlini elektrik yuvasından çıxarmaq lazımdır. 

Bəs, elektrik yuvasına bağlı qalmamalı olan söndürülmüş cihazlar hansılardır?

Televizor

Televizor çox vaxt elektrikə qoşulu şəkildə qalır. Amma ondan istifadə edilmirsə, dərhal elektrik yuvasından ayrılmalıdır. Əks halda, cihaz elektrik enerjisi istehlak etməyə davam edəcək. Bu da aylıq işıq puluna da öz təsirini göstərəcək. 

Mikrodalğalı soba

Bu cihazın ekranı var. Daim işləyir. Onun işləməsi üçün çoxlu enerji sərf olunur.

Mikrodalğalı sobada yemək qızdırdıqdan sonra dərhal cihazı rozetkadan ayırın.

Qəhvə dəmləyən

Qəhvə dəmləyəni də elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə qoymamalısınız.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Sevinc Fərid

Oxşar yazılar