Motorola şirkəti MWC 2023 sərgisində Defy Satellite Link adlı maraqlı bir cihazı təqdim edib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu, istənilən smartfona peyk şəbəkəsi dəstəyini əlavə edən portativ cihazdır. İstənilən smartfonu bu cihaz vasitəsilə peyk şəbəkəsinə qoşmaq üçün ilk növbədə smartfonun özünü Bluetooth vasitəsilə Defy Satellite Link-ə qoşmaq lazımdır. Bundan əlavə olaraq smartfona Bullitt Satellite Messenger adlı tətbiqi yükləmək lazım gələcək. Cihazın özü olduqca kompaktdır.
Onu məsələn çantadan asmaq və ya cibə yerləşdirmək olar. Bununla yanaşı Defy Satellite ink-in gövdəsi IP68 standartı üzrə sudan qorunur. İstifadəçi öz martfonunu itirdiyi və ya smartfonda enerjinin bitdiyi halda o bu kompakt ölçülü cihazın xüsusi SOS düyməsinə klikləyərək yardım xidmətlərinə öz təyinat nöqtəsini göndərə bilər. Defy Satellite Link 600 mAh enerji tutumlu batareya ilə təchiz ounub və bunun sayəsində o, bir neçə gün ərzində çalışa bilir. Motorola Defy Satellite Link aprel ayında 100$ qiymətində satışa çıxacaq.