“iPhone SE 4”nun dizaynı “iPhone 16” ilə  oxşar olacaq - FOTO
16 fevral 2024 19:39 (UTC +04:00)

“iPhone SE 4”nun dizaynı “iPhone 16” ilə oxşar olacaq - FOTO

“iPhone SE 4” smartfonunun buraxılışı artıq bir neçə dəfə təxirə salınıb və indi 2025-ci ildə buraxılması gözlənilir. 

Lent.az xəbər verir ki, əvvəllər bu büdcə cihazının “iPhone 14” dizaynında olacağı deyilirdi. Ancaq indi onun ekranında “Dynamic Island” çentikinin olacağı və dizaynın “iPhone 16”nın dizaynına bənzəyəcəyi barədə məlumatlar var. 

İnsayderlərin sözlərinə görə, “iPhone SE 4” hazırkı “iPhone 16”ya çox oxşar dizayna malik ola bilər. Hansı ki, o hələ inkişaf mərhələsindədir. Qadcet “iPhone 16” modellərində olduğu kimi iki kamera əvəzinə bir kameraya sahib olacaq.

Dördüncü nəsil “iPhone SE” modelinin ekranında “Face ID” və selfi kamerasının yerləşəcəyi “Dynamic Island”ın olacağı gözlənilir.

İddiaları təsdiqləmək üçün yeni smartfonun fotosu da təqdim edilib. Bundan əlavə, “iPhone SE 4” “iPhone XR” ölçüsündə olacaq.

Əvvəlki məlumatlara görə, “iPhone SE 4” 6,1 düymlük OLED ekrana, “Apple” istehsalı olan 5G modem çipinə və USB Type-C portuna sahib olacaq. “iPhone SE 4”ün 2025-ci ildən tez buraxılmayacağı gözlənilir. Ən son “iPhone SE” 2022-ci ilin martında buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5625
avatar

Sevinc Fərid

Oxşar yazılar