"iPhone SE 4" belə olacaq
03 aprel 2024 18:57 (UTC +04:00)

"iPhone SE 4" belə olacaq

Gələn il təqdim ediləcəyi gözlənilən  “iPhone SE 4”ün dizaynı ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 

Lent.az xəbər verir ki, qoruyucu qutu istehsalçıları smartfonun metal maketlərini əldə ediblər və  onların əsasında aksesuarlar hazırlayıblar.

Görüntülərə əsasən, telefonun ekranında ön kamera və Face ID sisteminin sensorları üçün adi “çəntik” kəsikləri olacaq. Amma Touch ID barmaq izinin tanınması texnologiyası artıq smartfonlarda mövcud olmayacaq.

Arxa tərəfdə yalnız bir kamera olacaq. Orta çərçivənin dizaynı “iPhone 13” və “iPhone 14” seriyalı cihazların dizaynına bənzəyir. Səs düymələrinin üstündə səssizlik düyməsi üçün də dəlik var.

Məlumatlara görə, “iPhone SE 4” 6,1 düymlük çəntikli ekranla gələcək. Ekran Çin şirkəti BOE tərəfindən təmin ediləcək .

Telefonun 2025-ci ildə təqdim ediləcəyi gözlənilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5802
avatar

Sevinc Fərid

Oxşar yazılar