“iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi
02 yanvar 2025 08:20 (UTC +04:00)

“iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi

Apple” şirkəti iPhone 14iPhone SE modellərini Avropa İttifaqının USB-C şarj tələbi ilə əlaqədar olaraq Avropada satışdan çıxarır.

Lent.az xəbər verir ki, bu qərar cihazların Aİ qaydalarına uyğun gəlməməsindən irəli gəlir.

Aİ elektron tullantıları azaltmaq və istifadəçilərin həyatını asanlaşdırmaq üçün bütün smartfonlarda USB-C girişindən istifadəni məcburi edib.

Bu qaydaya riayət etmək üçün Apple iPhone 15 seriyasından etibarən USB-C portuna keçib.

Aİ-də tətbiq olunan yeni qaydaya əsasən 28 dekabr 2023-cü il tarixindən sonra satılan bütün telefonlarda USB-C portunun istifadəsi tələb olunur.

Elə buna görə də “iPhone 14iPhone SE modelləri Aİ-dəki onlayn mağazalarından da yığışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2193
avatar

Oxşar yazılar