İkinci əl nömrə  almaq niyə təhlükəlidir?
16 noyabr 2023 09:46 (UTC +04:00)

İkinci əl nömrə almaq niyə təhlükəlidir?

Bəzilərimiz küçələrdə insanların SİM kartları satdığını və hətta pulsuz belə verdiyini görmüşük. 

Lent.az xəbər verir ki, belə olan halda qətiyyən o nömrələri almaq məsləhət görülmür. Çünki bununla nömrənin yeni sahibinin hesablarına giriş əldə oluna bilər.

Mütəxəssislər qeyd edirlər ki, bu cür SİM kartlar artıq başqa şəxsdə qeydiyyatdan keçib və bu o deməkdir ki, istənilən vaxt fəaliyyətini dayandıra bilər. Qanuni baxımından yeni şəxs bu kartın sahibi hesab olunmur. 

Bundan başqa, internetdəki bir çox saytlar parolunuzu itirdiyiniz təqdirdə girişi bərpa etmək üçün SMS mesajlarından istifadə edir. Məhz bu zaman fırıldaqçılar qurbanın hesabına nəzarət etməyə cəhd edə və bununla da nömrə vasitəsilə parolun sıfırlanması həyata keçirilə bilər.

Bunun sayəsində oğru yeni kart sahibinin istifadə etdiyi müxtəlif saytlara asanlıqla giriş əldə edəcək. Məsələn, pulla təcili yardım üçün sorğu göndərilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5112
avatar

Sevinc Fərid

Oxşar yazılar