“Hyundai” yeni nəsil avtomobillərində fiziki düymələrə geri qayıdır.
Lent.az xəbər verir ki, bunun səbəbi kimi sürücülərin sensor ekranlardan istifadə edərkən qarşılaşdıqları çətinliklər və təhlükəsizlik problemləri göstərilir.
Son illərdə avtomobil dünyasında sensor ekranlar getdikcə daha çox yayılır. Lakin “Hyundai” bu tendensiyadan geri çəkilərək yeni modellərində fiziki düymələrə qayıtmaq qərarına gəlib.
Şirkət apardığı araşdırmada sürücülərin sensor ekranlardan istifadə etməkdə çətinlik çəkdiyini və bunun təhlükəsizlik riskləri yaratdığını müəyyən edib.
“Hyundai” bu istiqamətdə ilk addımı yenilənmiş “Ioniq 5” modeli ilə atıb. Şirkət gələcək modellərində daha çox fiziki düymələrdən istifadə etməyi planlaşdırır.