Tommy Korn adlı oftalmoloq yeni aldığı “iPhone 13 Pro Max” modeli ilə xəstələrini müayinə edib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, “iPhone 13 Pro Max” modelinin ultra geniş kamerası sayəsində fokus uzunluğu ən az 2 sm olan obyektləri böyüdə bilər.
Yəni bu rejim sayəsində ən xırda detalları belə görmək mümkündür.
Həkim Tommi Korn “iPhone 13 Pro Max”la müayinə etdiyi gözün fotoşəkillərii sosial media hesabından paylaşıb.