Hakerlər böyük dil modellərindən  istifadə etməyə başladılar
16 fevral 2024 15:00 (UTC +04:00)

Hakerlər böyük dil modellərindən istifadə etməyə başladılar

Hakerlər kiberhücumların inkişafında böyük dil modellərindən istifadə etməyə başlayıblar. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, “Microsoft” və “OpenAI” şirkətləri bildiriblər ki, müxtəlif dövlətlərin hökumətlərinin dəstəklədiyi haker qruplaşmaları mövcud kiberhücum üsullarının təkmilləşdirilməsində müxtəlif çat-botların əsaslarını təşkil edən böyük dil modellərindən (Large Language Model / LLM) istifadə etməyə başlayıblar.

 “Kibercinayətkar qruplaşmaları, dövlət səviyyəsində təhlükə mənbəyinə çevrilmiş subyektlər və digər dələduzlar süni zəka texnologiyalarını araşdırır və test edirlər. Bu üsulla onlar sözügedən texnologiyaların öz əməliyyatları və yan keçməli olduqları təhlükəsizlik tədbirləri üçün potensial olaraq nə dərəcədə dəyərli olduqlarını qiymətləndirirlər” - “Microsoft”un rəsmi sözçüsü vurğulayıb.

Həmçinin bildirilib ki, hakerlər böyük dil modellərini faylların manipulyasiyaları, məlumatların seçilməsi və çox prosesli emal ilə əlaqəli olan proqram təminatı kodlarının tərtibatında istifadə edirlər. Onlar bunu müxtəlif əməliyyatlar ilə proseslərin avtomatlaşdırılması üçün edirlər. 

Məsələn “Thallium” adlı haker qruplaşması böyük dil modellərini açıq mənbə şəklində təqdim edilmiş sistem boşluqlarının və müxtəlif təşkilatların araşdırılmasında istifadə edirlər.

Bu cür üsulla haker qruplaşması fişinq (phishing) kiberhücumlarının keçirilməsi ssenarilərini tərtib edir. “Curium” adlı digər bir haker qruplaşması isə böyük dil modellərindən fişinq məqsədli məıktubların və hətta proqram təminatı kodlarının tərtibatında istifadə edir. “Microsoft” ilə “OpenAI” böyük dil modellərinin istifadəsi ilə reallaşdırılmış ciddi kiberhücuma hələ rast gəlməyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4053
avatar

Oxşar yazılar