“Google”, “Facebook” və “Netflix” işçilərinin məcburi qaydada peyvəndlənəcəyini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, şirkətlər işçilərinin onlayn iş rejimindən qayıtdıqdan sonra ilk şərti peyvənd olacaq.
Koronavirusun “Delta ştamm”ının qarşını almaq istəyən rəhbərlər işçiləri məcburi şəkildə peyvəndlənəcəyini, bəzi məqamlarda istisna halların araşdırılaraq, nəzərə alınacağını açıqlayıblar.
“Netflix”-də bütün işçi heyətinin məcburi peyvəndlənəcəyini açıqlasa da, peyvənddən imtina edən şəxslər üşün istisnalar tətbiq edəcəyini qeyd edib.
Qeyd edək ki, “Google”, “Facebook” və “Netflix”də onlayn iş rejimi oktyabrın 18-nə kimi uzadılıb.