Fırıldaqçılardan yeni aldatma yolu – Səsli mesajlara inanmayın
18 yanvar 2024 10:38 (UTC +04:00)

Fırıldaqçılardan yeni aldatma yolu – Səsli mesajlara inanmayın

Fırıldaqçılar texnologiyalardan öz məqsədləri üçün istifadə etməyə davam edir. Belə ki, onlar tədricən bu sahəni mənimsəməyə və onlardan ani messencerlər vasitəsilə istifadə etməyə başlayırlar.

Lent.az xəbər verir ki, aldatma üçün ən əsas səsli mesaj yaratmaq üçün istifadə edilən süni intellektdir. 

Bir çoxumuz artıq bilirik ki, bu gün müəyyən proqram təminatından istifadə edərək bir neçə səsli mesajı göndərmək mümkündür.  

Buna görə də sizə göndərilən səsli mesajlara qarşı diqqətli olmalısınız. 

Bəs, bu zaman nə edilməlidir? 

Belə bir mesaja diqqətlə qulaq asmaq vacibdir. Əgər səs təhrif edilirsə, kəsilirsə və 
insan səsi kimi deyilsə, bu mesaj saxta ola bilər. 

İstənilən halda, messencer və ya zəng vasitəsilə kontaktınızdakı həmin insane zəng edin və ya yazın.

Adətən fırıldaqçılar kredit kartına pul köçürməyi xahiş edirlər. Oğru messencer hesabını sındırır və bütün kontaktlara mesaj yazmağa başlayır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4416
avatar

Sevinc Fərid

Oxşar yazılar