Əfqanıstanlı sosial media istifadəçilərin təhlükəsizlikləri təmin edilir.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, “Clubhouse” əfqan istifadəçilərini qorumaq üçün müəyyən müddət ərzində aktiv olmayan hesabların biosunu və şəkilləri gizlədir. Beləliklə, axtarış bölümündə hansısa hesabı tapmaq çətin olur.
Şirkət rəsmisi hesab məlumatlarını gizli saxlayaraq, izləyicilərini itməyəcəklərini qeyd edir. Əksinə, istənilən vaxt, istifadəçinin razılığı ilə bütün saxlanılan məlumatların əldə edilə biləcəyini bildirilir. Açıqlamalarda qeyd olunur ki, bütün bunlar onların təhlükəsizliyi üçün düşünülüb.
Qeyd edək “Facebook” və “LinkedLn” də əfqan istifadəçilərinin təhlükəsizliyi üçün sosial media hesablarının "dostlar" bölməsinə girişi blok edib, eyni zamanda profillərini bir toxunuşla dondurmağa icazə verib.