Ən populyar smartfon  AÇIQLANDI
06 dekabr 2023 18:20 (UTC +04:00)

Ən populyar smartfon AÇIQLANDI

Mütəxəssislər satışlara görə dünyada ən populyar smartfon modellərinin adını açıqlayıb. 

Lent.az xəbər verir ki, “iPhone 14” bu ilin ən məşhur telefonu seçilib. 

2022-ci ilin payızında satışa çıxarılan model 2023-cü ilin birinci rübündən bazarda liderlik edir. İkinci yeri “iPhone 14 Pro Max”, üçüncü yeri isə “iPhone 14 Pro” tutur.

İlk 5-liyə 2021-ci ildə təqdim edilən “iPhone 13” və “Samsung Galaxy A14” də daxildir. İlk onluğu “Samsung Galaxy A14 5G”, “Samsung Galaxy A54”, 2Samsung Galaxy A04e”, “Xiaomi Redmi 12C” və “Samsung Galaxy A34” tamamlayır.

“Samsung” 20 faizlik payla qlobal smartfon bazarında lider olaraq qalır. “Apple” 17 faizlər ikinci, “Xiaomi” isə 14 faizlə üçüncü yeri tutur. “Oppo” və “Transsion” hər ikisi doqquz faiz qazanaraq ilk beşliyi tamamlayıblar.

Smartfon bazarı ilin üçüncü rübündə bir faiz azalıb. Analitiklərinin fikrincə, bayramlar və satış mövsümü ərəfəsində sənayedə vəziyyət sabitləşib.
 

# 19335
avatar

Sevinc Fərid

Oxşar yazılar