Elektriklə işləyən  təyyarələr də istehsal olundu
05 yanvar 2024 16:10 (UTC +04:00)

Elektriklə işləyən təyyarələr də istehsal olundu

“China Aviation Industry General Aircraft”, Çində milli istehsalı olan elektrik təyyarəsinin ilk uçuş sınağını keçirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, iki yerlik “AG60E”nin sınaqları ölkənin şərqindəki Zhejiang əyalətində keçirilib. Təyyarənin təkmühərrikli idman “AG60”ın modifikasiya edilmiş versiyası olduğu bildirilir.

Yeni uçan aparatın uzunluğu 6,9 metr, qanadlarının uzunluğu isə 8,6 metrdir. O, saatda 185 kilometrə qədər sürət yığa bilir. Tərtibatçının sözlərinə görə, elektrik təyyarələrinin istehsalı üzrə Çin Xalq Respublikası aşağı hündürlükdə uçuşların populyarlaşmasına yönəlmiş strateji sənayenin inkişafını stimullaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5982
avatar

Oxşar yazılar