Dünyanın ən güclü Android telefonu  – Xüsusiyyətləri nələrdir?
21 noyabr 2023 13:57 (UTC +04:00)

Dünyanın ən güclü Android telefonu – Xüsusiyyətləri nələrdir?

Dünyanın ən güclü Android telefonu açıqlanıb. 

Lent.az xəbər verir ki, bu “Red Magic 9 Pro” smartfonudur. 

Belə ki, Snapdragon 8 Gen 3 çipi, 24 QB əməli yaddaş və 1 TB daxili yaddaşa malik “Red Magic 9 Pro” smartfonu 2,29 milyon xal toplayıb. 

Sistem yeni prosessoru 516 min bal, qrafik prosessoru 904 min bal, yaddaş və interfeys performansını isə müvafiq olaraq 457 və 412 min bal ilə qiymətləndirib.

Göründüyü kimi, istehsalçı flaqman çipi, yüksək yaddaş tutumu və mürəkkəb soyutma sayəsində belə yüksək nəticələr əldə edə bilib.

“Red Magic 9 Pro” oyun smartfonu həmçinin ekranın altındakı ön kamera, aktiv soyutma sistemi, uclarda toxunma triggerləri və kameranın çıxmayacağı düz arxa panellə təchiz edilib. 

Yeni məhsulun rəsmi təqdimatı noyabrın 23-də Çində baş tutacaq. “Red Magic 9” seriyalı smartfonların Çindən kənarda satışa çıxacağı ilə bağlı isə məlumat verilmir.
 

# 4599
avatar

Sevinc Fərid

Oxşar yazılar