Daxili ekranlı  “AirPod”lar təqdim edildi
16 mart 2024 17:39 (UTC +04:00)

Daxili ekranlı “AirPod”lar təqdim edildi

Çinlilər “Apple” şirkətini qabaqlayaraq daxili ekranlı “AirPod”lar təqdim ediblər.

Lent.az xəbər verir ki, yeni məhsul 2021-ci ildən mövcud “Apple” patenti əsasında yığılıb.

Şirkət rəsmi açıqlama verməsə də, “Apple”ın ən azı 2021-ci ildən korpusa quraşdırılmış sensor displeyli “AirPods” üzərində işlədiyi barədə məlumatlar var. Ancaq artıq Çin ustalarının bu qulaqlıqların istehsalına başladığı bildirilir.

Bununla bağlı yayılan fotolarda yeni qulaqlıqların visual olaraq “AirPods Pro”ya oxşadığı görünür. Ancaq burada sadəcə bir fərq var. Belə ki, qulaqlığın korpusunun ön tərəfində qapaq açıldıqda işə salınan düzbucaqlı displey var. “Yeni məhsul” interfeysi Çin dilinə tərcümə edilib.

Qeyd olunur ki, ekran sadəcə nümayiş üçün deyil, həmçinin tam işləkdir və yeni qulaqlıqlar səs-küyün azaldılması və digər funksiyalara nəzarət etməyə imkan verir.

Çində quraşdırılmış ekrana malik saxta “AirPod”ların topdan satışı 188 yuana (təxminən 45 manat) başa gəlir. Orijinal “AirPods Pro” isə 350-390 manat qiymətinə satılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7401

Oxşar yazılar

Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48
Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

Bu gizli kod telefonunuzu 10 dəfə sürətli edəcək

3 may 2025 , 14:45