Bütün zamanların ən pis parolları:  Onlardan istifadə etməyin
14 iyun 2024 09:35 (UTC +04:00)

Bütün zamanların ən pis parolları: Onlardan istifadə etməyin

Şəxsi məlumatlarınızı saxlamaq və özünüzü fırıldaqçılardan qorumaq istəyirsinizsə, onların təxmin etməyəcəyi mürəkkəb parol seçməlisiniz. 

Lent.az xəbər verir ki, pis parol seçimi bank hesabından şəxsi vəsaitin itirilməsinə, sosial şəbəkə səhifəsinə və messencer hesablarına girişə səbəb olur. Bunların arasında heç vaxt parol kimi istifadə olunmamalı tipik birləşmələr var.

Aşağıdakıları parol kimi istifadə etmək tövsiyə edilmir. 

Harada və nə vaxt doğulduğunu;

Ev heyvanınızın adı;

Qızlıq soyadı;

Tam adınız, yaşayış ünvanınız;

Hobbilər və maraqlar.

Çünki bunları daha əvvəl sosial şəbəkələrdə paylaşmış ola bilərik və  hakerlər onları asanlıqla tapa bilər. 

Aşağıdakı parollar xüsusilə zəif hesab olunur, ona görə də onları dəyişdirmək məsləhətdir:

Qwerty12;

Şifrə 123456;

Admin1234.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5019
avatar

Sevinc Fərid

Oxşar yazılar