Bu "Samsung" smartfonlarında  süni intellekt   olacaq - Bu gündən
28 mart 2024 18:47 (UTC +04:00)

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

“Samsung” şirkəti əvvəllər yalnız “Galaxy S24” seriyalı smartfonlarda mövcud olan “Galaxy AI” süni intellekt funksiyalarını digər “Galaxy” modellərinə əlavə edəcək.

Lent.az xəbər verir ki, “One UI 6.1” proqram yeniləməsi bu gün buraxılacaq və “Galaxy S23”, “S23 FE” seriyası, “Galaxy Z Flip 5”, “Z Fold 5” və “Tab S9” planşetləri də daxil olmaqla əvvəlki nəsil “Samsung” cihazlarına “Galaxy AI” imkanlarını gətirəcək.

Bildirilir ki, “Galaxy AI”nin ən maraqlı xüsusiyyətlərindən biri “Circle to Search”dir. Belə ki, nun köməyi ilə siz smartfonun ekranında görünən hər şeyi dairə edə bilərsiniz və smartfon dərhal İnternetdə bu barədə məlumat tapacaq.

“Samsung Phone” proqramında başqa dillərdə danışan insanlarla telefonla əlaqə saxlamağa imkan verən Canlı Tərcümə funksiyası olacaq və “Galaxy AI” söhbəti hər iki tərəf üçün real vaxt rejimində tərcümə edəcək.

“Galaxy AI” xüsusiyyətləri smartfonlarda fotoqrafiya təcrübəsini də artıracaq və “Notes” proqramında “Note Assist” istifadəçilərin qeydlərinin xülasəsini yaradacaq və onları daha başa düşülən etmək üçün məzmununu dəyişdirəcək.

Nəzərə alsaq ki, “Qualcomm Snapdragon 8 Gen 3” çipi ilə təchiz edilmiş “S24” seriyalı smartfonlardan fərqli olaraq, digər modellərdə daha zəif prosessorlar var. Bu, “Galaxy AI” funksiyalarının sürətinə təsir edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4433

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48