Bu ölkə kosmosa insanabənzər robot göndərəcək
05 fevral 2024 07:21 (UTC +04:00)

Bu ölkə kosmosa insanabənzər robot göndərəcək

Hindistan 2024-cü ilin üçüncü rübündə kosmosa “Vyommitra” adlı insanabənzər robot göndərmək niyyətindədir.

Lent.az xəbər verir ki, bunu jurnalistlərə Hindistan hökumətində nüvə və kosmik sənayelərə nəzarət edən dövlət naziri Jitendra Sinqh bildirib.

Robot qadın obrazına malikdir, bir neçə dil bilir və gəminin texniki vəziyyəti ilə bağlı suallar da daxil olmaqla, bir çox sualı cavablandırır.

“Vyommitra” astronavtı kosmik mühitdə insani funksiyaları simulyasiya etmək və həyatı təmin edən sistemlərlə qarşılıqlı əlaqə yaratmaq üçün nəzərdə tutulub”, - deyə dövlət naziri bildirib. Onun sözlərinə görə, robot orbital modulun parametrlərinə nəzarət edə, gəminin altı panelini idarə edə və uçuşu idarəetmə mərkəzinin suallarını cavablandıra bilər.

# 3834
avatar

Oxşar yazılar