Bu dəfə 2023-cü ilin ən yaxşı  Android telefonunu   istifadəçilər seçdi
25 dekabr 2023 17:55 (UTC +04:00)

Bu dəfə 2023-cü ilin ən yaxşı Android telefonunu istifadəçilər seçdi

Dünyanın hər yerindən olan istifadəçilər 2023-cü ilin ən yaxşı Android smartfonlarını seçiblər. 

Lent.az xəbər verir ki, bir çox istifadəçi bu il “Google”un mükəmməl smartfon istehsal etdiyi barədə həmfikir olub.  

İl bitmək üzrədir. Bu o deməkdir ki, nəticələrə yekun vurmaq və bir çoxlarının sevdiyi telefonlar açıqlanıb. 2023-cü ildə bir çox fərqli smartfon buraxılıb. Bunların arasında “Google Pixel” ən yaxşı smartfon seçilib. Bu istifadəçilər arasında keçirilən sorğu da göstərilib .

2023-cü ilin ən yaxşı Android smartfonları:

“Google Pixel 8 Pro” və “Pixel 8” ümumi səslərin 60%-dən çoxunu toplayaraq birinci yeri tutublar.

Onların arxasıyca isə “Galaxy S23 Ultra” gəlir. O, smartfonundan maksimum imkanlar istəyənlər üçün nəzərdə tutulub. 

Üçüncü yeri qatlana bilən “OnePlus Open” qazanıb. Bu, eyni zamanda smartfona və əslində planşetə sahib olmağa imkan verən nisbətən yeni mobil cihaz növüdür.

Daha iki “Google” smartfonu – “Pixel 7a” və qatlana bilən “Pixel Fold” ilk beşliyi tamamlayıb.

İlk 10-luqda həmçinin “Galaxy S23”, “Nothing Phone”, “Galaxy Z Fold 5”, “OnePlus 11” və “Motorola Razr+” yer alıb.

Ayrı-ayrılıqda yeddi il ərzində yeniləmələr üçün  rekord dəstəyi vurğulamağa dəyər , yəni hər iki “Google Pixel 8” 2030-cu ilə qədər aktual olacaq. Müqayisə üçün qeyd edək ki, “Samsung” beş il ərzində hazırkı flaqmanlarını yeniləyir.

“Google” həmçinin kameralı telefonların əsas istehsalçılarından biri statusunu yenidən təsdiqləyib. “Pixel 8 Pro” modeli “Huawei” və yeni “iPhone”dan sonra “DxOMark”da beşinci yeri, adi “Pixel 8” isə doqquzuncu yeri tutub. 


 

# 7110
avatar

Sevinc Fərid

Oxşar yazılar