Bu da PlayStation 5 Pronun QİYMƏTİ  -VİDEO
11 sentyabr 2024 11:19 (UTC +04:00)

Bu da PlayStation 5 Pronun QİYMƏTİ -VİDEO

Sony şirkəti rəsmi şəkildə PlayStation 5 Pro oyun konsolunu təqdim edib. Təqdimat çərçivəsində bu yeni oyun konsolu barəsində əsas məlumatları Sony-nin oyunlar ilə bağlı şöbəsinin baş mühəndisi Mark Cerny təqdim edib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, beləliklə Mark Cerny bildirib ki, adi PlayStation 5 ilə müqayisədə PlayStation 5 Pro-nun prosessoru 67% daha güclüdür. Bununla yanaşı Pro modelin RAM-ı 25% sürətləndirilib. Yəni saniyədə 448 GB-dan saniyədə 576 GB-a kimi. Yeni oyun konsolunda render keyfiyyəti 45% yüksəlib. Həmçinin Pro model Wi-Fi 7-ni və 8K görüntü keyfiyyətini dəstəkləyir.

Onun daxili yaddaş həcmi isə 2 TB təşkil edir. Məlumatda qeyd edilib ki, PlayStation 5 Pro-ya xarici disk oxuducusunu qoşmaq da mümkündür. PlayStation 5 Pro-nun əsas fərqləndirici özəlliklərindən biri də PSSR (PlayStation Spectral Super Resolution Upscaling) texnologiyasına sahib olmasıdır. Bu texnologiya süni zəka əsasında çalışır və konsola əlavə yüklənmə olmadan oyunlardakı qrafika keyfiyyətinin maksimal dərəcədə yüksəldilməsinə istiqamətlənib. Pro modelin daha bir xüsusiyyəti yaxşılaşdırılmış ray tracing texnologiyasına sahib olmasıdır. PlayStation 5 Pro 7 noyabr tarixində satışa çıxacaq və onun qiyməti 700$ təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar