Bu 5 vərdiş  qulaqcıqlarınızı məhv edir
12 yanvar 2024 18:01 (UTC +04:00)

Bu 5 vərdiş qulaqcıqlarınızı məhv edir


Çox vaxt qulaqlıqlardan istifadə prosesində özümüzün səhvləri ucbatından xidmət müddəti azalır.  Amma söhbət onları suya atmaqdan və ya təsadüfən üstünə basmaqdan getmir. Çünki bəzi gündəlik vərdişlər var ki, onlar da qulaqlıqları məhv edə bilər.

Lent.az qulaqlıqları məhv edən bir neçə vərdişi təqdim edir: 

Kabeli dolaşdırmaq və ya bükmək tövsiyə edilmir. 

Fişin qəfil kəsilməsi qulaqlıqlara və ya yuvaya zərər verə bilər. 

Masanın üstünə qulaqlıqları diqqətlə qoyun. Səth sərtdirsə, dinamik zədələnə bilər. 

Təmizliyin olmaması da qulaqlıqlara zərər verən səbəblər arasındadır. Qalan kiri və təri çıxarmaq məsləhətdir. Çünki onlar qulaqlıqların vəziyyətinə mənfi təsir göstərir. 

Maksimum səs səviyyəsində dinləmə də qulaqlıqların tez sıradan çıxmasına səbəb olur. Dinamikin ömrü daha tez tükənir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4959
avatar

Sevinc Fərid

Oxşar yazılar