“YouTube” şirkətində çalışan menecer Neal Mohan koronavirus pandemiyası ilə əlaqədar yayılan yalan məlumatları əks etdirən bir milyon videonun platformadan silindiyini açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, hər yarımildə adı çəkilən platformadan 10 milyondan çox video silinir.
Menecer 2020-ci ildə koronavirusla bağlı “YouTube”da yalan məlumatları əks etdirən videoların həddindən artıq çox olduğunu qeyd edib.
Bundan əlavə, o, yeni üsullar üzərində də çalışdıqlarını və yalan məlumatların platformadan daha tez çıxarılması üzərində işlədiklərini bildirib.