Bahalı telefon almağa dəyərmi? – Müsbət və mənfi tərəfləri
06 fevral 2024 14:07 (UTC +04:00)

Bahalı telefon almağa dəyərmi? – Müsbət və mənfi tərəfləri

Hər kəsin istəyi güclü və yaxşı smartfon almaqdır. Güclü telefonlar maddi tərəfdən də kifayət qədər baha olur. Buna görə də potensial istifadəçi satın almadan əvvəl büdcəni müəyyənləşdirir və maliyyə imkanlarına əsaslanaraq qərar qəbul edir.

Lent.az xəbər verir ki, müəyyən bir cihaz seçməzdən əvvəl, hansı əməliyyat sistemi istədiyinizi və güclü telefonun nə üçün lazım olduğunu düşünməlisiniz. 

Ancaq bahalı telefonların həm mənfi, həm də müsbət tərəfləri var. Onları təqdim edirik: 

Əgər siz bütün gün oyun oynamırsınızsa və ya yüksək dəqiqlikli videolara baxmırsınızsa, o zaman 300-400 dollardan çox olan cihaza ehtiyacınız olmayacaq.

Əgər həqiqətən belə bir smartfona ehtiyacınız yoxdursa, onun xarab olacağından və ya oğurlanacağından narahat olacaqsınız.

Bahalı smartfon müəyyən bir məqsəd üçün alınmalıdır. Belə olan halda cihaz sizin üçün yoldaş və faydalı alət olacaq.

Həmçinin sürətli və yaxşı kameraya malik smartfon istəyirsinizsə, o zaman da əlinizi cibinizə atmalısınız. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6939
avatar

Sevinc Fərid

Oxşar yazılar