19 sentyabr 2023-cü il tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Lent.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır.
***
saat 14:32
Azərbaycanda "TikToK" sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.
Lent.az xəbər verir ki, günorta saatlarından etibarən sosial şəbəkənin fəaliyyətində məhdudiyyətlər yaranıb.