Avtomobildəki yanacaq səviyyəsi göstəricisindəki kiçik ox nədir?
29 fevral 2024 09:54 (UTC +04:00)

Avtomobildəki yanacaq səviyyəsi göstəricisindəki kiçik ox nədir?

Benzin çənindəki yanacaq səviyyəsi göstəricisinin yanında kiçik bir ox var.

Lent.az xəbər verir ki, sürücülər çox vaxt buna əhəmiyyət vermirlər. Ancaq bəzən bu oxa diqqət etmək lazımdır. Məlumata görə, bu ox benzin çəninin avtomobilin hansı tərəfində yerləşdiyini göstərir.

Ona baxaraq yanacaqdoldurma məntəqəsinə hansı yolla daxil olmağı dərhal başa düşmək olar.

Tez-tez yanacaqdoldurma məntəqələrinə yanlış tərəfdən gələn təcrübəsiz motoristlər üçün bu işarəyə baxmaq xüsusilə faydalıdır.

# 4704
avatar

Sevinc Fərid

Oxşar yazılar