Avtomobil satışında lider şirkət –  4 ildir birincidir
30 yanvar 2024 17:26 (UTC +04:00)

Avtomobil satışında lider şirkət – 4 ildir birincidir

Avtomobil satışında lider olan şirkət açıqlanıb. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, artıq dörd ildir ki, avtomobil bazarına Yaponiya şirkəti olan “Toyoto”dur. 

Şirkətin rekord satışları yarımkeçirici çatışmazlığının azaldılması və Şimali Amerika, Avropa bazarlarında güclü tələbatla əlaqələndirilir.

Qeyd edilir ki, “Toyota”nın qlobal satışları, o cümlədən “Daihatsu”“Hino” satışları 2023-cü ildə əvvəlki illə müqayisədə 7,2 faiz artaraq 11,2 milyon ədəddən çox olub.

Təxminən 9,2 milyon ədəd satış həcminə görə ikinci yeri Almaniyanın “Volkswagen” qrupu tutub.

Xatırladaq ki , yeni nəsil “Toyota Camry” satışa çıxarılıb . Modeli Çində 173 800-269 800 yuana (24 500-37 500 dollar) qədər qiymətlərlə sifariş etmək olar.

Həmçinin bildirilir ki, “Toyota Century SUV”nin qeyri-standart variantı - kabriolet var. Layihənin dəyəri açıqlanmayıb, lakin bu, hədsiz dərəcədə yüksəkdir. Çünki hətta sadə “Toyota” krossoverinin qiyməti 170 min dollardır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8223
avatar

Sevinc Fərid

Oxşar yazılar