Alimlər ən uzaq və qədim qara dəliyi kəşf etdilər
17 yanvar 2024 23:33 (UTC +04:00)

Alimlər ən uzaq və qədim qara dəliyi kəşf etdilər

Fransa, Böyük Britaniya, ABŞ və digər ölkələrdən olan beynəlxalq astronomlar qrupu indiyədək tapılan ən uzaq və qədim qara dəliyi kəşf edib.

Lent.az xəbər verir ki, bu barədə araşdırma “Nature” elmi jurnalında dərc olunub.

Alimlərin kəşf etdiyi obyekt Yerdən 13,4 milyard işıq ili uzaqlıqda yerləşən GN-z11 qalaktikasında yerləşir. Nəhəng məsafəyə görə dəliyik Böyük Partlayışdan cəmi 400 milyon il sonra yarandığı üçün görünür.

“James Webb” Kosmik Teleskopu ilə aparılmış müşahidələrin göstərdiyi kimi, GN-z11 qara dəliyi Günəşimizdən 6 milyon dəfə böyükdür və ətrafdakı qalaktikadan maddəni müasir nəzəriyyələrin qəbul etdiyi maksimum sürətdən beş dəfə tez udur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4410
avatar

Oxşar yazılar