Ağıllı sırğalar üçün KONSEPSİYA
16 fevral 2024 22:58 (UTC +04:00)

Ağıllı sırğalar üçün KONSEPSİYA

Vaşinqton Universitetinin alimləri sağlamlıq göstəricilərini toplamağa imkan verən ağıllı sırğalar üçün konsepsiya hazırlayıblar.

Lent.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Alimlər bildiriblər ki, ilk növbədə cihaz istifadəçinin və ətraf mühitin temperaturunu qeyd edəcək. Əldə edilən məlumatlar stress, xəstəlik, idman, yemək vərdişləri və ya qadınların sağlamlıq meyllərini izləmək üçün faydalı olacaq.

Qeyd olunub ki, ağıllı sırğalar, adətən biləyə taxılan ağıllı saatlar və fitnes-trekerlərdən daha dəqiq həyati əlamətlər haqqında məlumat toplayır. Bunu altı könüllünün iştirak etdiyi araşdırma da təsdiqləyib.

Ağıllı sırğalar bir dəfə şarjla 28 günə qədər işləyə bilir, cihaz məlumatları “bluetooth” vasitəsilə smartfona ötürür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4206
avatar

Oxşar yazılar