30 ildə  ilk dəfə klaviaturalar   dəyişəcək – İstifadəçiləri nə gözləyir?
06 yanvar 2024 14:19 (UTC +04:00)

30 ildə ilk dəfə klaviaturalar dəyişəcək – İstifadəçiləri nə gözləyir?

“Microsoft” şirkəti 30 ildən sonra ilk dəfə olaraq yeni düymə əlavə etməklə standart kompüter klaviaturasını dəyişəcək.

Lent.az xəbər verir ki, bu barədə korporasiyanın icraçı vitse-prezidenti və marketinq direktoru Yusuf Mehdi danışıb.

Yeni noutbuklar və masaüstü klaviaturalar indi “Microsoft Copilot” proqramını işə salan yeni açara sahib olacaq. Bu, şirkətin yaratdığı AI köməkçisidir.

““Copilot” düyməsinin tətbiqi, təxminən üç onillikdə klaviaturada ilk əhəmiyyətli dəyişiklik olacaq. Bu, insanların kompüterdən istifadəsini asanlaşdırmaqla yanaşı, onların səmərəliliyini də genişləndirərək 2024-cü ili süni intellektə malik fərdi kompüterlər ili edəcək. “Copilot” süni intellekt dünyasına giriş nöqtəsi olacaq”, - deyə Mehdi bildirib.

“Microsoft”un vitse-prezidenti bildirib ki, istifadəçilər “Windows 11” cihazlarında “Copilot” düyməsini basdıqda, AI köməkçisi interfeysi görünəcək.

Bu əməliyyat sisteminin imkanları artıq istifadəçilər üçün əlçatandır və onlar bundan müxtəlif sahələrdə - “Bing” vasitəsilə axtarışın təkmilləşdirilməsindən tutmuş “Microsoft 365” proqramları ilə işin səmərəliliyinin artırılmasına kimi istifadə edə bilərlər.

Məsələn, “Word”də “Copilot” mətn yaratmağa və redaktə etməyə kömək edir, “PowerPoint”də isə alət ipuçlarından və ya qısa təsvirlərdən istifadə edərək mətn sənədlərini təqdimatlara çevirir. “Copilot” xüsusi cihazda mövcud deyilsə, düyməni basmaq “Windows” axtarışını işə salır.

Mehdi bildirib ki, klaviaturada “Copilot” düyməsi olan ilk kompüterlər yaxın bir neçə həftə ərzində satışa çıxarılacaq. Onlar fevralın sonu və ya yazın əvvəlində hazır olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5973
avatar

Sevinc Fərid

Oxşar yazılar