Zəfərə bərabər atəşkəs sazişi – Türkiyənin 102 il öncə qazandığı UĞUR
24 oktyabr 2024 20:15 (UTC +04:00)

Zəfərə bərabər atəşkəs sazişi – Türkiyənin 102 il öncə qazandığı UĞUR

Yaxınlarda müasir Türkiyə tarixinin ən mühüm hadisələrindən biri – Mudanya atəşkəs razılaşmasının 102-ci ildönümü tamam oldu.

Lent.az Yunanıstanın Anadolunu işğal etmək, yeni yaranmaqda olan Türkiyə dövlətini məhv etmək planlarını rəsmən puça çıxaran Mudanya atəşkəs razılaşması ilə bağlı yazısını təqdim edir.

1918-ci ilin noyabrında başa çatan Birinci Dünya Müharibəsinin nəticələrindən biri məğlub koalisiya – Almaniya, Avstriya Macarılstan və Osmanlı İmperiyalarının mövcudluğunu dayandırması oldu. Osmalı dövlətinin ərazisi qaliblərin - Antantanın təsir zonalarına bölündü. Bu zaman Anadolu torpaqları bir neçə qalib ölkənin təsir dairəsinə düşdü. Ərazilərə Böyük Britaniya və Fransa ilə yanaşı, İtaliya, Yunanıstan, Ermənistan da iddialı idi. Türkiyənin gələcək sərhədləri fransızları, erməniləri, italyanları və yunanları razı salmaq üçün davamlı olaraq azaldılırdı.

Yunanlar son anda və öz iradələrindən asılı olmayan səbəblərdən Birinci Dünya Müharibəsinə Antanta tərəfdən qoşuldular. Amma müharibənin nəticələrindən maksimum faydalanmağa çalışaraq Yunan İmperiyasını canlandırmaq ideyasını həyata keçirməyə başladılar. Və ilk növbədə, yunanlar 1919-cu ilin mayında Avropa dövlətlərinin heç bir qınağına məruz qalmadan İzmiri işğal etdilər. Daha sonra yunanlar Ədirnəni ələ keçirdilər və Anadolunun dərinliklərinə qədər irəlilədilər.

Müttəfiq Antanta dövlətlərinin sükutu yunanları daha da cəsarətləndirir, Anadoluda işğal arealını daha da artırmağa sövq edirdi.

Yunanıstanın Anadolunu işğal etmək və imperiyaya çevrilmək planlarına 2 məqam mane oldu. Bu amillərdən biri 1920-ci il oktybarın 25-də kral Aleksandrın ölümündən sonra I Konstantinin Yunanıstan hakimi seçilməsi idi. Bu vaxta qədər Yunanıstana işğal planlarında dəstək verən müttəfiqlər yeni kralı Almaniya aşiqi hesab edir, onun I Dünya Müharibəsi sırasında rəsmi Berlinə dəstək verdiyini hesab edirdilər.

Yunanıstanın planlarını alt-üst edən ikinci və daha əsaslı amil isə türk xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında milli azadlıq mübarixəsinə başlaması və yeni ordu yaratması ilə bağlı idi.

1921-ci ilin yanvar və mart aylarında İnönü şəhəri yaxınlığında, həmin ilin avqust-sentybar aylarında Sakarya döyüşlərində türk ordusu yunan qüvvələrinin hücumunun qarşısını ala bildi və nəhayət 1922-ci il avqustun 26-da başlanan Dumlupınar döyüşündən sonra bütün cəbhə xətti boyu hücuma keçən Türkiyə ordusu sentybarın düşmənin müdafiə xəttini tam yararaq sentybarın 9-da İzmirə şəhərinə daxil oldu. Döyüşlərdə Anadoluya hücuma rəhbərlik edən yunan ordusunun generalı Trikupis öz qərargahı ilə birlikdə əsir götürüldü. Bu qələblər fonunda Fransa və İtaliya qüvvələri, sonda isə Böyük Britaniya qüvvələri Türkiyəni tərk etdi və 1919-cu ildən Antantanın nəzarətində olan İstanbul 1922-ci il 1 noyabrda yenidən türk şəhəri oldu.

1922-ci il oktyabrın 11-də Türkiyə Yunanıstan, Böyük Britaniya, Fransa və İtaliyanın nümayəndələri Mudanya atəşkəs sazişi imzaladılar, Sazişə görə, Şərqi Frakiya türklərə qaytarıldı.

Türkiyənin azadlıq mübarizəsinə, qonşularının ərazi iddialarına son nöqtəni 1923-cü ildə keçirilən Lozanna sülh konfransı qoydu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3318
avatar

Vüqar İsmayılov

Oxşar yazılar