Yaşıl meydandan siyasətə  - Uğurlu karyera quran keçmiş futbolçular
17 dekabr 2024 20:15 (UTC +04:00)

Yaşıl meydandan siyasətə - Uğurlu karyera quran keçmiş futbolçular

Dekabrın 14-də Mixail Kavelaşvili Gürcüstanın prezidenti seçildi. Yeni prezident keçmişdə yaşıl meydanlarda 20 ildən çox top qovub. Hətta, 1995-ci ildə “Spartak-Alaniya” klubu ilə çempionluq da qazanıb.

Kavelaşvilidən əvvəl də peşəkar futbolçular karyeralarını bitirdikdən sonra siyasət meydanına atılıb, bəziləri çox ciddi uğurlar qazanıb.

Lent.az siyasətdə uğur qazanmış keçmiş futbolçular barədə yazını təqdim edir.

Keçmiş futbolçular arasında ən uğurlu siyasətçi karyerasına liberiyalı futbolçu Corc Vea ilə başlayacağıq. Vea 1995-ci ildə "Qızıl top"un qalibi olub və 2005-ci ildə ilk dəfə Liberiya Prezidenti postuna namizədliyini irəli sürüb. O həmin vaxt qalib ola biləməsə də, 9 il sonra keçmiş futbolçu Liberiya parlamentdə yerini aldı və 2018-ci ildə Liberiya prezidenti oldu. Yeri gəlmişkən, Corc Vea uğurlu prezident oldu və 2024-cü ilə qədər səlahiyyətlərini uğurla icra etdi.

Braziliyalı futbol əfsanəsi Romario da siyasi karyerasında kifayət qədər uğur əldə edib. 2010-cu ildə Braziliya Konqresinin üzvü, 2021-ci ildə isə ölkənin Liberal Partiyasının sədri olub.

Baresi, Maldini və Kostakurta ilə birlikdə Milanın əfsanələrindən olan Covanni Rivera da futbolçu karyerasını bitirdikdən sonra siyasətə gedib. Karyerasına parlament üzvü kimi başlayan Rivera ilk olaraq İtaliya Müdafiə Nazirliyində dövlət katibi postunu tutub. 2005-ci ildə isə o, Aİ Parlamentinin üzvdür.

Gürcü yarımmüdafiəçi Kaxa Kaladze isə 2012-ci ildə "Milan"da karyerasını başa vursa da, siyasi karyerasına davam edib. Elə həmin 2012-ci ildə Gürcüstan parlamentində millət vəkili olub. Sonrakı illərdə Baş nazirin müavini və energetika naziri postlarını tutan Kaladze 2017-ci ildən günümüzə qədəq paytaxt Tbilisinin meridir.

“Futbolun kralı” adlanan braziliyalı Pele də siyasətə addım atan futbolçulardandır. Braziliyalı futbol əfsanəsi YUNESKO və BMT-nin xoşməramlı səfiri kimi fəaliyyət göstərməklə yanaşı, Braziliyanın idman naziri vəzifəsini də icra edib. Lakin 2011-ci ildə korrupsiya şübhələrinə görə Pele bu postu tərk etmək məcburiyyətində qaldı.

Fransız Lilian Turam da siyasətdə uğura nail ola bilib. Məsələn, 2005-ci ildə prezidentlik yarışı zamanı Nikola Sarkoziyə qarşı debatda iştirak edib. Turam seçkilərdə qalib gəlməsə də, hətta 2 ildən sonra ona nazir vəzifəsi də təklif olunub.

Braziliyalı Ziko da siyasətə qoşulmaq fürsətini qaçıra bilmədi. 1990-cı ildə o, Braziliyanın idman naziri vəzifəsinə təyin olundu, lakin orada bir ildən çox qaldı. Ziko ölkə parlamentində layihələrinin dayanması səbəbindən istefa verib.

İslandiyalı futbolçu Albert Qudmundsson 1970-ci ildə siyasətə başlaması ilə ölkənin paytaxtı Reykyavikin Şəhər Şurasına qatılaraq məşhurlaşıb. Cəmi 4 il sonra Qudmundsson parlament üzvü, sonra ölkənin maliyyə naziri, 1985-ci ildə isə sənaye naziri postunu tutub.

İngilis futbolçu Sol Campbell böyük futboldan ayrıldıqdan sonra Mühafizəkarlar Partiyasına qoşuldu və hətta London meri olmağa cəh etdi.

Ukrayna millisinin və “Milan” klubunun məşhur hücumçusu Andrey Şevçenko da siyasətdə addımlar atıb. 2012-ci ildə futbolçu karyerasını başa vuran Şevçenko "Ukraine Forward" partiyasına qoşulub. Onun partiya seçki baryerini aşa bilmədi və buna görə də Ukrayna Ali Radasında təmsil olunmadı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1449
avatar

Vüqar İsmayılov

Oxşar yazılar