Türklər 1 güllə belə atmadan 10 min avstriyalı necə öldü? - Tarixin ən qəribə  döyüşü
24 sentyabr 2024 22:15 (UTC +04:00)

Türklər 1 güllə belə atmadan 10 min avstriyalı necə öldü? - Tarixin ən qəribə döyüşü

Karansebeş döyüşü tarixin ən gülməli məğlubiyyəti hesab olunur. İmperator II İosifin komandanlığı altında olan Avstriya ordusu böyük itkilərlə məğlub oldu və qəribəsi rəqib Osmanlı ordusunun döyüş meydanına məğlubiyyətdən 2 gün sonra gəlməsi ilə bağlıdır.

Lent.az Avstriya ordusunun 10 min döyüşçü itirdiyi və rəqibə heç bir zərər vermədiyi Karansebeş döyüşü barədə yazını təqdim edir.

Beləliklə, hadisələr 1787-1791-ci illərdə Avstriya-Türkiyə müharibəsində cərəyan edib. Bu müharibə zamanı Müqəddəs Roma İmperatoru II İosif Rusiya İmperiyası ilə ittifaqda Sultan I Əbdülhəmidin rəhbərliyi altında Osmanlı İmperiyası ilə toqquşdu.

Hadisə müasir Rumıniya ərazisində yerləşən Karansebeş şəhərinin kənarında baş verib. İmperator II İosif türkləri hərəkətdə olarkən haqlamaq və onlara döyüş vermək ümidi ilə öz qoşunlarını şəxsən buraya gətirmişdi.

Tədqiqatçı Sesiliya Boqardın “Avstriya ordusu özü ilə vuruşdu və Karansebes döyüşündə məğlub oldu” məqaləsində yazdığı kimi, imperatorun ordusu çoxmillətli idi, onun tərkibinə avstriyalılar, rumınlar, serblər, xorvatlar, italyanlar və bir çox başqaları daxil idi. Üstəlik, milli birliklər öz zabitlərinin rəhbərliyi altında döyüşürdülər və çox vaxt imperiyanın əsas dili olan alman dilini bilmirdilər.

Onu da qeyd etmək lazımdır ki, ordu Karansebeşdən əvvəl artıq ağır qeyri-döyüş itkiləri vermişdi. Tədqiqatçı Andryu Naytonun "Yalnız bir ordu ilə döyüş - Karansebeş" məqaləsində yazdığı kimi, döyüşdən əvvəl II İosifin 172 min nəfərlik ordusu malyariya xəstəliyinin təsirinə məruz qaldı, onlardan 33 min nəfəri öldü. Ona görə də orduda döyüş ruhu zəif idi.

1788-ci il sentyabrın 17-də alatoranlıqda əsgərlər Karansebeş şəhərinə çatdılar və türkləri qarşılamaq üçün Timiş çayını keçməyə başladılar. Avstriya qoşunları çaya yaxınlaşanda kəşfiyyat üçün süvari eskadronunu irəli sürürlər. Bəzi mənbələrə görə, bu, macar əsilli süvarilər idi. Çayın o biri tərəfində türklərin əvəzinə kəşfiyyatçılar qaraçı düşərgəsi tapdılar və orada bir neçə çəllək gücle alkoqol içisi sayılan şnapps tapıdlar. Yorğun döyüşçülər axşamı içki içərək keçirmək qərarına gəldilər.

Artıq sərxoş olan süvarilərə piyadalar da qoşulmaq istəyir, çünki onlar da çayı keçib əyləncəni görürdülər. Amma süvari qoşunlarda xidmət edən zadəganlar piyadaqüvvələrdə olan kəndlilərlə içkini bölüşmək istəmirdilər. Qarşıdurma baş verir, süvarilərdən biri əsəbiləşib piyada qüvvələrdə xidmət edən rəqibini güllələyir.

Məlumata görə, həmin an kimsə zarafatla qışqırır: “Türklər!”. Bu, panikaya səbəb olur. Timiş çayını keçmiş əsgərlər türklərin gəldiyini zənn edərək çayın əks sahilinə, qaranlıqda türklərin onlara hücum etdiyini zənn edən əsas qoşunlara tərəf qaçırlar və səhvən öz döyüşçü yoldaşlarını atəşə tutmağa başlayırlar.

Avstriyalı zabitlər almanca “Dayan!” əmri ilə qaçanları dayandırmağa çalışaraq qarışıqlığa əlavə panika qatıblar. Çaşqınlıq içində alman dilini bilməyən əsgərlərə bu qışqırıqlar türklərin döyüş nidaları kimi görünüb. Atışma və çaxnaşma son həddə qədər güclənib. Hətta sübutlar var ki, avstriyalı general artilleriyaya atəş açmaq əmri verib, daha böyük çaşqınlığa səbəb olub və idarəçilikdən çıxan bəzi əsgərlər qonşu kəndi yandırıblar.

Bu dəhşətli xaosda İmperator II İosif qaçan əsgərlərin ayaqları altında ciddi xəsarətlər alır, ancaq tapdalanaraq ölən qulluqçusundan fərqli olaraq özünü çaya ataraq xilas olur.
Nəticədə bütün ordu qaçır və 2 gün sonra türklər müqavimət görmədən sakitcə Karansebeşi ələ keçirirlər. Avstriyanın itkiləri müxtəlif mənbələrdə dəyişir. Tarixçi Ernst Rainer Gramm hadislər zamanı 538 əsgər, 24 ovçu və bir zabitin, həmçinin üç top və ordu üçün pul vəsaitləri olan bir sandığın itirildiyini yazır.

Tarixçi Paul Bernard "İkinci İosif" adlı bioqrafik əsərində avstriyalıların itkilərini 10 min nəfərə çatdırır.

Mənbələr sübut edir ki, Karansebeşdə ordu daxilində atışmalar olub və əsas səbəb səhv anlaşılan əmrdən yaranıb. 

Beləliklə, avstriyalıların özlərini necə məğlub etmələri barədə hadisə hər zaman aktual olan insan axmaqlığı haqqında məzəli tarixi lətifəyə çevrildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8358
avatar

Vüqar İsmayılov

Oxşar yazılar