Zaqatalada yol polisi əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.