Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzu yay aylarında paytaxtda daha çox sıxlıq yaşanan küçələridir.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov Lent.az-a danışıb.
Ö. Xıdırov bildirib ki, Ziya Bünyadov və Tbilisi prospektləri, Bakı-Sumqayıt şossesi, Moskva, Neftçilər, Heydər Əliyev prospektlərində səhər və axşam saatlarında daha çox sıxlıq yaşanır. Atatürk prospektində pik saatlarda, Yusif Səfərov küçəsində isə, axşamlar sıxlıq müşahidə olunur.