Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında xəsarət alan tələbələrin durumu stabildir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Lent.az-a bildirib ki, qəza zamanı xəsarət alan tələbələrdən 5-nin müalicəsi hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir:
"Qəza sonrası Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş iki xəstə isə 1 saylı Kliniki Tibbi Mərkəzə köçürülüb. Hər iki qız çənə nahiyəsindən əməliyyat olunmalıdır. Amma durumları stabildir. Qorxulu bir şey yoxdur".
1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş 1997-ci il təvəllüdlü Rəsul Sadıqov və 1999-cu il təvəllüdlü Emin Həmidovun da vəziyyəti stabildir və müalicələri davam etdirilir.
Xatırladaq ki, martın 9-da Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəza baş verib.
Ağır qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin tələbələri olan Nəsibov İbrahim Xəqani oğlu, Quliyev İbrahim Vüqar oğlu, Caniyev Rəşad Füzuli oğlu, Muradova Roza Eynulla qızı və Quliyeva Çinarə Azər qızı, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə vəfat edib.