Xocalı sakinləri şəhid uşaqların xatirəsinə ağac əkib
10 fevral 2017 16:03 (UTC +04:00)

Xocalı sakinləri şəhid uşaqların xatirəsinə ağac əkib

Xocalı sakinləri “Xocalı Soyqırımı”nın xatirəsinə ağacəkmə aksiyası keçirilib.  

 

Lent.az-ın məlumatına görə,  xocalıların kompakt şəkildə məskunlaşdığı Goranboy rayonunun Meşəli qəsəbəsində Xocalı soyqırımı zamanı şəhid olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək məqsədilə ayrılmış sahədə 63 ədəd şam ağacı əkilib.

 

Aksiyada Xocalı rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, Meşəli kənd İƏD-si üzrə nümayəndəliyi, Meşəli kənd sakinləri, Meşəli kənd tam orta məktəbin müəllim kollektivi və Xocalıdan olan şəhid ailələri iştirak ediblər.

 

Erməni quldurları tərəfindən şəhid olmuş uşaqların adı, doğum və şəhid olma tarixləri yazılmış lövhələr onların xatirəsinə əkilmiş ağacların qarşısında torpağa sancılıb.

 

Aksiyada çıxış edən Xocalı rayon İH-nin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva bildirib ki, şəhid olmuş "böyüməyən uşaqlar"ı adlarını bu əkilmiş ağaclarla hər zaman qan yaddaşımızda saxlamalıyıq və onları bu əkilmiş fidanlarla qəlbimizdə yaşatmalıyıq: “Bütün xocalılar inanır ki, dövlət başçısının siyasəti məcburi köçkünləri öz doğma yurd-yuvalarına qaytaracaq”.

 

 Xocalı rayon Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev deyib ki, Cocuq Mərcanlı kəndində başlamış "Böyük Qayıdış" layihəsi işğal olunmuş torpaqlarda davam edərək uğurla yekunlaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar