Xaçmazdan gətirilən ətlər ölmüş heyvan əti imiş
17 fevral 2017 17:51 (UTC +04:00)

Xaçmazdan gətirilən ətlər ölmüş heyvan əti imiş

Xaçmaz rayonundan Bakıya satış məqsədi ilə gətirilən, sümükdən ayrılmış ətlərin müayinəsi yekunlaşıb.

 

Dövlət Baytarlıq  Nəzarəti Xidmətindən ( DBNX) Lent.az-a verilən məlumata görə, fevralın 14-də Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi, ev 43-də yaşayan İsmayılov İsmayıl İsmayıl oğluna məxsus “Mersedens-benz 190” markalı 10-ZO-837 dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı aşkar edilmiş qida məhsulları üçün istifadəsi nəzərdə tutulmayan deşilmiş, cırılmış vəziyyətdə qara polietilen torbalarda, antisanitar şəraitdə qablaşdırılmış, ümumi çəkisi 170 kq olan sümükdən ayrılmış (obvalka olunmuş) ət və 2 ədəd heyvan ürəyi ətinin laboratoriya nəticələri bəlli olub. 

 

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən, nümunələrin hər birində bakterioloji çirklənmə (BÇQB, stafilakokkos aureus, salmonella typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən nümunələrin hamsının aqoniya vəziyyətində və ya öldükdən sonra (leş əti) kəsilmiş at əti olması müəyyənləşdirilib. Həmçinin müayinə zamanı bütün nümunələrin keyfiyyətsiz, qida üçün baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

 

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş at ətləri haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 129
avatar

Oxşar yazılar