Ünvanlı sosial yardım alan ailələrin sayı açıqlandı
26 dekabr 2014 11:50 (UTC +04:00)

Ünvanlı sosial yardım alan ailələrin sayı açıqlandı

Azərbaycanda dövlət sosial yardımlarının təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım təyin olunan ailələrin sayı azalmaqda davam edir. Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrda respublikada 96 265 ailə (420663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb. Bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47638 ailə (209632 nəfər və ya 33,3 %) azdır.

Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.5% artaraq 148.97 manata çatıb.

 

Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri davam etdirilir. Belə ki, qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem qurulub. Yeni elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur.

 

Aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi  barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

 

# 71

Oxşar yazılar