UNEC və ATU birgə kadr hazırlığına başlayır
23 dekabr 2016 10:24 (UTC +04:00)

UNEC və ATU birgə kadr hazırlığına başlayır

0

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Texnologiya Universiteti (ATU) “Qida məhsulları mühəndisliyi”, “Marketinq” və “Menecment” ixtisasları üzrə mütəxəssis hazırlığını birgə aparacaqlar.

 

Lent.az-ın məlumatına görə, bu, UNEC-in rektoru, professor Ədalət Muradov və ATU-nun rektoru, professor Akif Süleymanov arasında imzalanan əməkdaşlıq haqqında müqavilədə öz əksini tapıb. Müqaviləyə əsasən, mütəxəssis hazırlığı UNEC-in tədris planları və müvafiq fənn proqramları əsasında aparılacaq. Sənəddə həmin ixtisaslarda təhsil alan ATU tələbələrinin UNEC-də, UNEC tələbələrinin ATU-da bir semestr boyunca təhsil almaları qeyd edilib. UNEC-in professor-müəllim heyətinin ATU-da bu ixtisaslar üzrə keçirilən aralıq və yekun dövlət imtahanlarında iştirakı da nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar