UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək
07 fevral 2017 14:44 (UTC +04:00)

UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-də olub.

 

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor Ədalət Muradovla görüşdə dünya səviyyəli universitetlər sırasında qərarlaşmağı hədəfləyən UNEC-in beynəlxalq əlaqələrinə xüsusi diqqət çəkib. London Universiteti (University of London) / London İqtisadiyyat Məktəbinin (London School of Economics) bakalavr diplomunun UNEC-də əldə etmək imkanları və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından söz açıb. Beynəlxalq İqtisadiyyat Məktəbi və UNEC Biznes Məktəbinin fəaliyyətini vurğulayıb.

 

Dünya Bankının nümayəndələri bildiriblər ki, səfərlərinin məqsədi Azərbaycanın ali təhsil sistemindəki prioritetləri öyrənməkdir. UNEC-də həyata keçirilən layihələri yüksək qiymətləndirən qonaqlar Elektron Universitet Modeli ilə Differensial əməkhaqqı sistemini dünya təhsil məkanına inteqrasiyada müsbət addım adlandırıblar. Xarici universitetlərdən məzun olan gənc mütəxəssislərin UNEC-ə cəlb edilməsini təqdirəlayiq  hesab ediblər.

Görüşdə Dünya Bankının UNEC-in inkişaf strategiyasına dəstəyi müzakirə edilib. 

 

Görüşdə UNEC-in Dünya Bankının təhsilyönümlü nəşrlərinə çıxış əldə etmək imkanı, eyni zamanda beynəlxalq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Oxşar yazılar