
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində
Martın 20-də UNEC-in rektoru, professor Ədalət Muradov Türkiyə Respublikasının paytaxtında Ankara Universitetinin rektoru, professor Erkan İbiş ve Qazi Universitetinin rektoru, professor İbrahim Uslan ilə görüşüb.
Lent.az-ın məlumatına görə, görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. İkili diplom proqramları və müvafiq sahələr üzrə beynəlxalq standartlara cavab verən müasir laboratoriyaların yaradılması imkanları qiymətləndirilib. Hər iki ali təhsil ocağı ilə birgə diplom proqramlarına başlanması barədə fikir mübadiləsi aparılıb. UNEC müəllimlərinin bir il müddətinə Ankara və Qazi universitetlərində ixtisas artırmaq məqsədilə tədrisə cəlb edilməsi, tələbə mübadiləsinin daha da genişləndirilməsi, eləcə də birgə tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.
Müzakirələrin nəticəsi olaraq UNEC-lə Ankara Universiteti və Qazi Universiteti arasıda akademik və elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
Oxşar yazılar

Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10