UNEC-in yaşıllıq zolağı salınıb
24 dekabr 2016 13:45 (UTC +04:00)

UNEC-in yaşıllıq zolağı salınıb

0

İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib.

 

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, universitetin professor-müəllim heyəti Badamdar qəsəbəsi ərazisində yerləşən 2 hektar sahədə salınan yaşılıq zolağında 1500-dən artıq həmişəyaşıl tinglər əkiblər.

 

 Bildirək ki, UNEC kollektivi ərazinin qorunması və genişləndirilməsini həyata keçirmək niyyətindədir.

Məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərməkdir.

UNEC əməkdaşları və tələbələri gələcəkdə də genişmiqyaslı ağacəkmə kompaniyasında aktiv iştirak edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 457

Oxşar yazılar