UNEC-də “Açıq qapı” keçirilib
09 yanvar 2017 12:42 (UTC +04:00)

UNEC-də “Açıq qapı” keçirilib

 

UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinə start verilib.

 

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ilk görüşdə UNEC-in rektoru Ədalət Muradovla yanaşı Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak edib.

 

Onlar tələbə, valideyn və digər vətəndaşların müraciətlərini dinləyiblər. Bütün müraciətlər yerindəcə araşdırılaraq, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verilib.

 

Nəzərinizə çatdıraq ki, UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyası boyunca hər həftənin şənbə günü “Açıq qapı” günü keçiriləcək. Tələbə biliyinin şəffaf və obyektiv keçirilməsi məqsədi ilə təşkil edilən “Açıq qapı”da iştirak etmək istəyən ictimaiyyət nümayəndələri öncədən UNEC-in İctimaiyyətlə Əlaqələr şöbəsi ilə (012 497 58 63) əlaqə saxlaya bilərlər.

 

Növbəti “Açıq qapı” isə yanvarın 14-də keçiriləcək. Görüşdə iştirak etmək istəyən tələbə və valideynlər qeydiyyat üçün “Qaynar xətt” xidmətinə (146-1-3) zəng edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar