UNEC-də elmi seminar: “Azərbaycan iqtisadiyyatı son bir ildə”
26 yanvar 2017 18:26 (UTC +04:00)

UNEC-də elmi seminar: “Azərbaycan iqtisadiyyatı son bir ildə”

UNEC-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan elmi seminar keçirilib.

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçirilən seminarda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bildirib ki, dünyada, o cümlədən Avropa ölkələrində cərəyan edən iqtisadi böhrana, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının bir sıra sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı və real sektorda artım olub: " Ötən bir ildə qeydə alınan statistik göstəricilər də bunu deməyə əsas verir".

 

2016-cı ildə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atıldığını vurğulayan Z.Məmmədov cari ildə iqtisadi islahatların daha da dərinləşərək qeyri-neft sektorunun hesabına inkişaf edəcəyini bildirib.

 

Tədbirdə UNEC-in professorları ölkə iqtisadiyyatının mövcud durumu və meylləri haqqında danışaraq, təkliflərini səsləndiriblər.

 Bildirilib ki, qlobal böhran şəraitində dünya bazarlarında neftin ucuzlaşması baş verib. Nəticədə ölkəyə daxil olan valyuta axını azalıb. İl ərzində Azərbaycan manatının məzənnəsinin düşməsi meylləri davam edib. Problemi həll etmək məqsədilə həm maliyyə mexanizmlərindən, həm də beynəlxalq təcrübədən istifadənin zəruriliyi qeyd olunub. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu yolla ixrac potensialının yüksəldilməsi üçün ölkədə yüksək rəqabətqabiliyyətli regional klasterlərin yaradılması, investisiya iqliminin daha da yaxşılaşdırılması və bu yolla ölkə iqtisadiyyatının qlobal təkrar istehsal zəncirlərinə qoşulmasının təmin edilməsi təklif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar