Türkiyəli admiral Azərbaycanda səfərdədir
11 aprel 2017 13:46 (UTC +04:00)

Türkiyəli admiral Azərbaycanda səfərdədir

0

 

 

Aprelin 11-də Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.


Admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.


Bildirilir ki, səfər aprelin 14-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar