Türk mətbəxinin ləziz təamları "Köşem" restoranında
22 fevral 2017 10:19 (UTC +04:00)

Türk mətbəxinin ləziz təamları "Köşem" restoranında

 

Türk mətbəxinin dadlı təamlarının dadına baxmaq istəyənlər Bakının mərkəzində yeni açılmış “Köşem” adlı türk restoranında qonaq ola bilərlər.

İnteryerinə özünüz qiymət verin.

Dadlı təamlarla yanaşı restoranın interyerinə diqqət edənlər bu restorandakı hər bir dizayn elementinə heyran qalacaqlar. İşgüzar nahar yeməklərini 2 nəfərlik masa, xoş günlərini isə 4 nəfərlik masa ətrafında keçirmək istəyənlər bunu Koşem restoranında həyata keçirə bilərlər.

Yüksək xidmət və dadlı təamlar seçimi

Bir restoran təsəvvür edin, sayı durmadan artan dadlı təamlar, Sizə özəl xidmət edən restoran işçiləri. Bəli, Köşem restoranı da məhz bu kateqoriyaya aid olan restoranlardandır. Hər bir müştərinin ağız dadına uyğun təamlar hazırlayan peşəkar aşpazlar, restorana təşrif buyuran müştəriləri məkanın daimi qonağına çevirməyi bacaracaqlar.

Dadlı təamların vurğunu olanlar hər gün səhər saat 08:00-dan 00:00-a kimi 5 mərtəbə kimi tanınan ərazidə yerləşən restorana buyura bilərlər. Restoranı vizual olaraq görmək və təamlarla tanış olmaq istəyənlər restoranın rəsmi saytına (www.koshem.com) daxil ola, restoranla bağlı yenilikləri facebookinstagram səhifələrindən izləyə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar