TQDK TOEFL imtahanı keçirəcək
16 noyabr 2016 16:53 (UTC +04:00)

TQDK TOEFL imtahanı keçirəcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) noyabrın 26-da TOEFL imtahanı keçirəcək.

TQDK-dan Lent.az-a verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Educational Testing Service (ETS) təşkilatı tərəfindən sertifikatlaşdırılmış administrativ test mərkəzi kimi təsdiq edilib. Bu imtahan ali təhsil səviyyəsində ingilis dili üzrə bacarıqları istifadə etmək, oxuyub anlamaq və s. meyarları ölçmək üçün vasitədir. TOEFL iBT® imtahanı vasitəsilə oxu, yazı, dinləmə və danışıq üzrə səriştələri tətbiq etmə dərəcəsi müəyyən edilir. Onlayn formada keçirilən TOEFL iBT® imtahanı ingilis dilli ölkələrdə təhsil almaqda əhəmiyyətli rol oynayır.

 

İmtahan noyabrın 26-da saat 08:00-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq. İmtahanda iştirak edəcək şəxslər  07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

 

Növbəti TOEFL® imtahanlarının isə TQDK test mərkəzi tərəfindən 17 dekabr, 2017-ci ilin 14 yanvar, 18 fevral, 4 mart, 15 aprel, 13 may, 10 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 210
avatar

Oxşar yazılar