Tələbələr arasında radikalizmə qarşı seminar keçirildi
30 mart 2017 22:18 (UTC +04:00)

Tələbələr arasında radikalizmə qarşı seminar keçirildi

Martın 30-da Azərbaycan prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələrinin iştirakı ilə “İslam həmrəyliyi və tolerantlıq” mövzusunda tədbir keçirilib.

 

Lent.az-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, müəllimlər və tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarlı ölkəmizdə milli-mənəvi dəyərlərə göstərilən qayğı və diqqətdən söhbət açıb. Bildirib ki, dövlətin himayəsi ilə Azərbaycanda məscidlər təmir-bərpa edilməkdə, dini etiqad azadlığı yüksək səviyyədə təmin edilməkdədir.

 

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “İslam həmrəyliyi və tolerantlıq” adlı məruzə ilə çıxış edib. İslam həmrəyliyinin yüksək ictimai və mənəvi əhəmiyyətini vurğulayan natiq gənclərin düzgün dini maarifləndirilməsinin vacibliyinə toxunub.

 

Tədbirin sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar