Tarixi Ihlarada Qarabağ parkı açılacaq
22 noyabr 2016 13:46 (UTC +04:00)

Tarixi Ihlarada Qarabağ parkı açılacaq

 

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin  sədri   Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Ihlara bələdiyyə başqanı İsmayıl Yılmaz ilə görüşüblər.

 

Lent.az-ın məlumatına görə, Q.Paşayevanın qədim Ihlaranın mərkəzində  Qarabağ Parkının salınması ilə bağlı təklifinə bələdiyyə başçısı böyük həssaslıqla yanaşıb. Tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyevanın da iştirak etdiyi görüş zamanı Azərbaycana böyük sevgisi üçün bələdiyyə başçısına təşəkkür edən millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumat verib. Azərbaycanı çox sevdiyini deyən Ihlara bələdiyyə başçısı İsmayıl Yılmaz ilə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı ilə bağlı geniş müzakirələr olub. “Azərbaycanın şəhidi bizim də şəhidimizdir” deyən bələdiyyə başçısı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi mesajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva bu səfərin qardaşlığın necə olduğunu hər kəsə göstərdiyini və düşmənlərə çox önəmli mesaj olduğunu deyib. Ihlara  bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın yaxın günlərdə oxuculara təqdim olunacaq 2-ci hissəsində  qədim Ihlaranın da yer alacağını bildirib: “Azərbaycan insanına  qədim Ihlaranı daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”.

 

Görüşdən sonra bələdiyyə başçısı Q. Paşayevanı və Yazgül Abdiyevanı Ihlarada salınmağa başlayan yeni parkla tanış edib.  Q. Paşayevanın təklifi ilə parka Qarabağ adı verilməsi qəbul olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar